​Mərakeş sahillərində kruiz gəmisi yanıb

​Mərakeş sahillərində kruiz gəmisi yanıb Laynerin göyərtəsində 784 turist və 356 heyət üzvü olub
Digər ölkələr
25 Yanvar , 2015 19:12
​Mərakeş sahillərində kruiz gəmisi yanıb

Bakı. 25 yanvar. REPORT.AZ/ "Fred Olsen" şirkətinə məxsus "Boudicca" kruiz gəmisi mühərrikxanada yanğın baş verməsi səbəbindən Kasablanka (Mərakeş) sahillərində idarə etməni itirib.

"Report" "Breaking Travel News" nəşrinə istinadən xəbər verir ki, insident səhər saatlarında baş verib və nəticədə nə sərnişinlər, nə də heyət üzvləri arasında xəsarət alan olmayıb.

Gəmi mühərriklərin işi tam bərpa olunduqdan sonra yenidən yoluna düzəlib. Hazırda laynerin göyərtəsində 784 turist və 356 heyət üzvü var.

"Boudicca" gəmisi yanvarın 20-də Britaniyanın Sautqempton şəhərindən çıxaraq Kanar və Kabo-Verde adaları istiqamətində 18 günlük kruizə yollanıb.

Son xəbərlər

Orphus sistemi