Melburnda kafedə insanları girov götürən şəxs polisə təslim olub

Melburnda kafedə insanları girov götürən şəxs polisə təslim olub Polislə danışıqlar səkkiz saatdan artıq davam edib
Digər ölkələr
5 Dekabr , 2015 11:31
Melburnda kafedə insanları girov götürən şəxs polisə təslim olub

Bakı. 5 dekabr. REPORT.AZ/ Avstraliyanın Melburn şəhərindəki kafelərin birində iki qadını girov götürən silahlı şəxs polisə təslim olub. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir. 

Ştatın polis idarəsinin nümayəndəsi Qlenn Veirin sözlərinə görə, səkkiz saatdan artıq davam edən danışıqlardan sonra həmin şəxs qadınları sərbəst buraxıb və polisə təslim olub.

Polis əməkdaşı bildirib ki, danışıqlar uzun zaman alsa da, uğurlu keçib. Hazırda polis həmin şəxsi dindirir.

Son xəbərlər

Orphus sistemi