​Meksikanın Yunanıstandakı səfirliyi atəşə tutulub

​Meksikanın Yunanıstandakı səfirliyi atəşə tutulub Güllələrə maliyyə şirkətinin ofisi tuş gəlib
Digər ölkələr
3 Avqust , 2016 05:21
​Meksikanın Yunanıstandakı səfirliyi atəşə tutulub

Bakı. 3 avqust. REPORT.AZ/ Naməlum şəxslər Meksikanın Yunanıstandakı səfirliyinin binasını odlu silahdan atəşə tutublar.

"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı Meksikanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

İdarənin məlumatına görə, insident iyulun 31-də Afinada baş verib. Motosikletdə olan iki nəfər diplomatik nümayəndəliyin yerləşdiyi binaya yaxınlaşaraq, ona doğru atəş açmağa başlayıblar.

Zərərçəkənlər barədə məlumat yoxdur. Güllələrə Meksika səfirliyindən bir mərtəbə aşağıda yerləşən maliyyə şirkətinin ofisi tuş gəlib. Bununla belə, Meksika səfiri Tarsisio Navarreteyə Yunanıstan XİN-in protokol xidmətinin rəhbəri ilə görüşmək və məsələni müzakirə etmək tapşırığı verilib.

Meksika XIN-i, həmçinin Yunanıstan hökumətindən atəş açan şəxslərin müəyyən edilməsi üçün araşdırma aparmağı tələb edib. 

Son xəbərlər

Orphus sistemi