Meksikanın qərbindəki neft kəməri yaxınlığında 9 nəfərin meyiti tapılıb

Meksikanın qərbindəki neft kəməri yaxınlığında 9 nəfərin meyiti tapılıb Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb
Digər ölkələr
31 İyul , 2016 03:19
Meksikanın qərbindəki neft kəməri yaxınlığında 9 nəfərin meyiti tapılıb

Bakı. 31 iyul. REPORT.AZ/ Meksikanın qərbindəki "Pemex" dövlət neft-qaz və neft-kimya şirkətinin neft kəməri yaxınlığında doqquz nəfər ölü tapılıb. 

"Report" xəbər verir ki, bu barədə ölkə prokurorluğunun mətbuat xidmətinə istinadən "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, səkkiz cəsəd maşında tapılıb, doqquzuncu, cəsəd isə nəqliyyat vasitəsinin yaxınlığında aşkar edilib.

Hadisənin motivləri ilə bağlı hər hansı məlumat verilmir.

Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.

Son xəbərlər

Orphus sistemi