Bakı. 19 May. REPORT.AZ/ Meksikada 5,2 bal gücündə zəlzələ baş verib. "Report" xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Xidmətinin saytında bildirilir.
Yeraltı təkanlar ölkənin cənubundaki Çyapas vilayətində qeydə alınıb.
Bildirilir ki, zəlzələnin episentri Syudad-İdalgo şəhərinin 67 kilometr cənubunda, zəlzələ ocağı isə 62 km dərinlikdə yerləşib.
Tələfat və dağıntı barədə məlumat verilmir.