​Meksikada təyyarə qəzaya uğrayıb, beş nəfər ölüb

​Meksikada təyyarə qəzaya uğrayıb, beş nəfər ölüb Sərnişinlər arasında bir uşaq da olub
Digər ölkələr
15 Mart , 2015 10:43
​Meksikada təyyarə qəzaya uğrayıb, beş nəfər ölüb

Bakı. 15 mart. REPORT.AZ/ Meksikanın Santa-Barbara şəhəri ərazisində göyərtəsində beş nəfərin olduğu "Cessna 206 XB- KWS" təyyarəsi qəzaya uğrayıb.

"Report" xəbər verir ki, pilot və aralarında bir uşağın olduğu sərnişinlər həlak olub.

Qəza martın 14-də, təyyarə havaya qalxdıqdan bir qədər sonra baş verib.

İdarəetməni itirən təyyarə uşaq parkı yaxınlığında yerə düşüb və yanmağa başlayıb. Yaxınlıqda olan heç kim zərər çəkməyib. Qəzanın səbəbləri araşdırılır. Hadisənin hava şəraiti və ya texniki nasazlıq səbəbindən baş verə biləcəyi istisna edilmir.

Son xəbərlər

Orphus sistemi