​Meksikada sutka ərzində 14 nəfər zorakılığın qurbanı olub

​Meksikada sutka ərzində 14 nəfər zorakılığın qurbanı olub Cinayətlərin hamısı odlu silhın tətbiqi ilə baş verib
Digər ölkələr
22 İyul , 2016 07:24
​Meksikada sutka ərzində 14 nəfər zorakılığın qurbanı olub

Bakı. 22 iyul. REPORT.AZ/ Meksikada sutkadan da az vaxt ərzində biri uşaq olmaqla ən azı 14 nəfər zorakılığın qurbanı olub.

"Report" xəbər verir ki, bu barədə cümə axşamı ölkənin hüquq-mühafizə orqanları məlumat yayıb.

Səs-küylü cinayətlər Verakrus, Oaxaka və Qerrero ştatlarında qeydə alınıb. Cinayətlər odlu silahın tətbiqi ilə baş verib, saxlanılanlar barədə məlumat daxil olmayıb.

Oaxaka ştatında naməlum şəxslər musiqiçini, onun həyat yoldaşını və 11 yaşlı oğlunu öldürüblər. Verakrus və Qerrero ştatlarında üzərində işgəncə əlamətləri olan ümumilikdə 8 kişi və qadın meyiti aşkar edilib.

Eyni zamanda, Verakrusda jurnalist Pedro Tamayo güllələnib.

Son xəbərlər

Orphus sistemi