​Meksikada narkokartelin təhlükəli muzdlusu və daha 5 cinayətkar saxlanılıb

​Meksikada narkokartelin təhlükəli muzdlusu və daha 5 cinayətkar saxlanılıb Onlardan silah və narkotik müsadirə olunub
Digər ölkələr
23 İyul , 2016 08:03
​Meksikada narkokartelin təhlükəli muzdlusu və daha 5 cinayətkar saxlanılıb

Bakı. 23 iyul. REPORT.AZ/ Meksikanın hüquq-mühafizə orqanları "Beltran Leyva" narkokillerinin rus ləqəbli muzdlu qatilini saxlayıb.

"Report" "Excelsior" portalına istinadən xəbər verir ki, adı açıqlanmayan quldur Akapulko kurort şəhərində yaxalanıb. O, çoxsaylı cinayətlərdə və ayrı-ayrı şəxslər əleyhinə mütəşəkkil cinayətkarlıq fəaliyyətində iştirakda ittiham olunur.

Hüquq-mühafizə orqanları onunla birlikdə daha beş nəfəri, o cümlədən iki qadını da həbs ediblər. Onlardan silah və narkotik müsadirə olunub.

"Beltran Leyva" narkokartelinin muzdlu qatillərinin əvvəlki başçısı "Barbi" ləqəbli Edqar Valdes 2015-ci ildə ABŞ-a ekstradisiya olunub.

Son xəbərlər

Orphus sistemi