​Meksikada qatarla avtobus toqquşub, 16 nəfər ölüb

​Meksikada qatarla avtobus toqquşub, 16 nəfər ölüb Qəza nəticəsində daha 30 nəfər yaralanıb
Digər ölkələr
14 Fevral , 2015 07:29
​Meksikada qatarla avtobus toqquşub, 16 nəfər ölüb

Bakı. 14 fevral. REPORT.AZ/ Meksikanın şimal-şərqində yerləşən Nuevo-Leon ştatında sərnişin avtobusu ilə qatar toqquşub.

"Report" xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Franc-Press" məlumat yayıb.

Qəza nəticəsində ən azı 16 nəfər həlak olub. Qeyd olunur ki, daha 30 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Son xəbərlər

Orphus sistemi