Meksikada neft zavodunda partlayış nəticəsində 3 nəfər ölüb, 105 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB

Meksikada neft zavodunda partlayış nəticəsində 3 nəfər ölüb, 105 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB İnsident Verakrus ştatında "Pemex" şirkətinin müəssisəsində baş verib
Digər ölkələr
21 Aprel , 2016 06:30
Meksikada neft zavodunda partlayış nəticəsində 3 nəfər ölüb, 105 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB

Bakı. 21 aprel. REPORT.AZ/ Meksikanın Verakrus ştatında "Pemex" neft şirkətinə məxsus zavodda baş verən partlayış nəticəsində yaralananların sayı 105 nəfərə çatıb, 3 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə cümə axşamı ştat rəhbəri Xavyer Duarte öz "twitter" mikrobloqunda yazıb.

Onun sözlərinə görə, bütün yaralılar xəstəxanaya yerləşdirilib, onların 58 nəfəri müəssisənin əməkdaşlarıdırlar.

***04:16

Meksikanın Verakrus ştatında "Pemex" neft şirkətinə məxsus zavodda baş verən partlayış nəticəsində 3 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə cümə axşamı ştatın qubernatoruna istinadən "Reuters" məlumat yayıb.

***03:28

Meksikanın Verakrus ştatında "Pemex" neft şirkətinə məxsus zavodda baş verən partlayış zamanı yaralıların sayı 40 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə ştatın ictimai təhlükəsizlik naziri Arturo Bermudesə istinadən "Reuters" məlumat yayıb

Nazir ölənlər barədə məlumatın olmadığını bildirib. Onun sözlərinə görə, partlayışdan sonra baş verən yanğını nəzarətə götürmək mümkün olub.

Şirkətin özünün məlumatına görə isə, yaralıların sayı 30 nəfərdir.

***02:18

Meksikanın "Clorados 3" neft müəssisəsində partlayış baş verib, hadisə nəticəsində ən azı 3 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Meksikanın "Petroleos Mexicanos" (Pemex) şirkətinin "twitter" səhifəsində məlumat verilib.

Zavod "Pemex" və "Mexichem" tərəfindən idarə olunan "Petroquímica Mexicana de Vinilo" şirkətinə məxsusdur.

Son xəbərlər

Orphus sistemi