Meksikada narko kartelin başçısı ikinci dəfə həbsxanadan qaçıb

Meksikada narko kartelin başçısı ikinci dəfə həbsxanadan qaçıb Meksikanın məşhur narkobaronu 14 il ərzində ikini dəfədir ciddi rejimli həbsxanadan qaçıb
Digər ölkələr
13 İyul , 2015 00:15
Meksikada narko kartelin başçısı ikinci dəfə həbsxanadan qaçıb

Bakı. 13 iyul. REPORT.AZ/ Meksikanın məşhur narkobaronu 14 il ərzində ikini dəfədir ciddi rejimli həbsxanadan qaçıb.

"Report"un "Amerikanın Səsi"nə istinadən verdiyi xəbərə görə, məlumatı Meksikanın Təhlükəsizlik Komissiyası yayıb. Qurumun bəyanatında bildirilib ki, Sinaloa kartelinin başçısı, "Cırtdan" ləqəbli narkobaron Joaquin Qusmanın Altiplano həbsxanasından qaçıb. 

Təhlükəsizlik qüvvələri onun axtarışına başlayıb. Meksika paytaxtı ətrafında yerləşən həbsxana yaxınlığındakı Toluca hava limanında bütün uçuşlar təxirə salınıb.

Quzman 10 ilə yaxın axtarışda olduqdan sonra keçən ilin fevral ayında ələ keçirilmişdi. O, ilk dəfə 1993-cü ildə həsb edilmiş, lakin 2001-ci ildə həbsxana mühafizəçilərinin köməyi ilə oradan qaça bilmişdi.

O, narkotik alveri ittihamları ilə əlaqədar Birləşmiş Ştatlarda axtarışdadır.

Sinaloa karteli Meksika və Birləşmiş Ştatlar arasında narkotik maddələrin sərhəddən qanunsuz keçirilməsinə nəzarət edir.

Son xəbərlər

Orphus sistemi