​Meksikada "McDonald’s"dan alınan hamburgerin içindən siçovul çıxıb

​Meksikada "McDonald’s"dan alınan hamburgerin içindən siçovul çıxıb Restoranın müştərisi zəhərlənmə əlamətləri ilə xəstəxanaya düşüb
Digər ölkələr
10 Noyabr , 2015 06:19
​Meksikada McDonald’sdan alınan hamburgerin içindən siçovul çıxıb

Bakı. 10 noyabr. REPORT.AZ/ Meksika hakimiyyəti paytaxt Mexiko Tlalnepantla bələdiyyəsində yerləşən "McDonald’s" sürətli qidalanma restoranını bağlayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, sözügedən müəssisədə satılan hamburgerlərdən birinin içindən siçovul başı çıxıb.

Restoranın xanım müştərisi zəhərlənmə əlamətləri ilə xəstəxanaya düşüb. Qadın gəmiricinin başı olan hamburger parçasını saxlayıb. Zərərçəkənin restoranı məhkəməyə verib-verməyəcəyi məlum deyil.

Sosial şəbəkələrdə hadisə ilə bağlı çoxsaylı şəkillər paylaşılıb. Şəkillərdən həqiqətən sıçovul başına bənzəyən sümükləri görmək mümkündür.

Bu ərəfədə, "McDonald’s" yayılan məlumatı təkzib edib.

Son xəbərlər

Orphus sistemi