Meksikada klinika binasında qətlə yetirilmiş 6 nəfərin cəsədi tapılıb

Meksikada klinika binasında qətlə yetirilmiş 6 nəfərin cəsədi tapılıb Öldürülənlər arasında 1 qadın da var
Digər ölkələr
26 Sentyabr , 2016 03:40
Meksikada klinika binasında qətlə yetirilmiş 6 nəfərin cəsədi tapılıb

Bakı. 26 sentyabr. REPORT.AZ/ Meksikadakı klinikalardan birində 6 nəfərin cəsədi aşkarlanıb.

"Report" "Riodoce" portalına istinadən xəbər verir ki, hadisə Sinaloa ştatının Masatlan şəhərində qeydə alınıb.

Məlumata görə, cəsədlər naməlum şəxslər tərəfindən klinika binasının arxa hissəsinə, təcili yardım maşınlarının olduğu yerə atılıb.

Cəsədlər böyük torbanın içinə yığılıb. Öldürülənlər arasında 1 qadın da var.

Sinaloa ştatı son illər çoxsaylı cinayətlərin baş verdiyi ərazi kimi tanınır. 

Son xəbərlər

Orphus sistemi