Bakı. 3 sentyabr. REPORT.AZ/ Meksika Baş Prokurorluğunun Kriminal təhqiqatlar agentliyinin əməkdaşları vergi cinayətləri törətməkdə şübhəli bilinən çoxtirajlı "Unomasino" qəzetinin vitse-prezidenti Naim Libienanı həbs ediblər.
"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" xəbər yayıb.
Agentliyin Meksika Prokurorluğuna istinadən yaydığı məlumata görə, hazırda saxlanılan şəxs paytaxt Mexikoda prokurorluq şöbələrinin birinə yerləşdirilib.
Qeyd edək ki, ABŞ-ın Maliyyə Nazirliyinin Xarici aktivlərə nəzarət üzrə şöbəsi də 2015-ci ilin dekabrında Libienin və onunla əlaqəli olan 4 şirkəti narkotik alverçiləri siyahısına salıb.
Amerika tərəfinin məlumatına görə, Libien Meksiikanın "Xalisko – Yeni nəsil" narkokarteli ilə sıx ünsiyyətdə olan "Los-Kuinis" cinayətkar təşkilatı ilə əlaqədədir.