Bakı. 15 avqust. REPORT.AZ/ Meksikanın Herrero ştatının Çilpansinqo şəhərində hökumət bunasının girişində üç parçalanmış cəsəd tapılıb.
"Report"un məlumatına görə, bu barədə El Debate portalına yerli hüquq-mühafizə orqanları xəbər veriblər.
Məlumata görə, naməlum şəxslər binanın qapısı qarşısına insan sümükləri ilə dolu bir neçə zibil kisəsi atıblar. Sonradan başqa yerdə içində üç kəsilmiş baş olan qutu tapılıb. Kəsilmiş başların qətlə yetirilənlərə məxsus olduğu güman edilir.
Qutulardan birində guya nəqliyyat vasitələrinin qaçırılması və fırıldaqçılıqla məşğul olan yerli dəstənin ünvanına təhdidlərlə bağlı məktub aşkarlanıb.