Meksikada baş vermiş yol qəzasında 13 nəfər yanaraq ölüb

Meksikada baş vermiş yol qəzasında 13 nəfər yanaraq ölüb Salondan ancaq bir nəfəri çıxarmaq mümkün olub
Digər ölkələr
2 Oktyabr , 2016 00:55
Meksikada baş vermiş yol qəzasında 13 nəfər yanaraq ölüb

Bakı. 2 oktyabr. REPORT.AZ/ Meksikada ağır yol qəzası baş verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Verakrus-Kordoba magistral yolunda qeydə alınıb.

Belə ki, sərnişin avtobusunun yük maşınıyla toqquşması nəticəsində 13 nəfər ölüb. Qəzadan sonra avtobus yanmağa başlayıb. 

Yanğın o qədər güclü olub ki, salondan ancaq bir nəfəri xilas etmək mümkün olub. Digər sərnişinlər isə yanaraq ölüblər.

Xilas edilmiş şəxsin Tabasko ştatının keçmiş ictimai təhlükəsizlik naziri, istefada olan general Audomaro Martines olduğu bildirilir. 

Son xəbərlər

Orphus sistemi