Meksikada baş vermiş yanğın zamanı 6 nəfər ölüb

Meksikada baş vermiş yanğın zamanı 6 nəfər ölüb Ölənlərdən 3-ü uşaqlardır
Digər ölkələr
2 İyul , 2016 00:33
Meksikada baş vermiş yanğın zamanı 6 nəfər ölüb

Bakı. 2 iyul. REPORT.AZ/ Meksikanın paytaxtı Mexiko şəhərində yanğın hadisəsi baş verib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə nəticəsində 3-ü uşaq olmaqla 6 nəfər ölüb.    

Mülki müdafiə naziri Fausto Luqonun sözlərinə görə, yanğın gündüz icarəyə verilmiş zirzəmidə başlayıb.

Hadisə nəticəsində daha 3 uşaq xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər. 

Olay yerinə onlarla yanğınsöndürən cəlb edilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.  

Son xəbərlər

Orphus sistemi