​Meksikada baş vermiş silahlı insident nəticəsində 2 nəfər öldürülüb, 5 nəfər yaralanıb

​Meksikada baş vermiş silahlı insident nəticəsində 2 nəfər öldürülüb, 5 nəfər yaralanıb Naməlum şəxs məclisin qızğın vaxtı gözlənilmədən iştirakçılara odlu silahdan atəş açıb
Digər ölkələr
10 Avqust , 2016 05:39
​Meksikada baş vermiş silahlı insident nəticəsində 2 nəfər öldürülüb, 5 nəfər yaralanıb

Bakı. 10 avqust. REPORT.AZ/ Meksikanın Monterre şəhərində naməlum şəxsin yerli musiqi qrupu rəhbərinin doğum günü münasibətilə keçirilən şənliyə toplaşmış insanlara açdığı atəş nəticəsində ən azı 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

"Report"un məlumatına görə, bu barədə "Notisistema" portalına yerli polisdən məlumat verilib.

İlkin məlumata görə, naməlum şəxs məclisin qızğın vaxtı gözlənilmədən iştirakçılara odlu silahdan atəş açıb.

Nəticədə gənc iştirakçılardan 2-i hadisə yerində ölüb. Musiqi qrupunun 5 üzvü isə xəsarət alıb.

Polis bildirib ki, doğum günü şənliyinin keçiriləcəyi vaxt və yer barədə sosial şəbəkədə məlumat verildiyindən cinayətkar bu əməlini əvvəlcədən planlaşdırıb.

Hadisənin səbəbləri barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi