Meksikada avtobus qəzası nəticəsində ölənlərin sayı 20-yə çatıb

Meksikada avtobus qəzası nəticəsində ölənlərin sayı 20-yə çatıb İlkin ehtimallara görə, qəzaya yüksək sürət və texniki nasazlıq səbəb olub
Digər ölkələr
11 Yanvar , 2016 04:04
Meksikada avtobus qəzası nəticəsində ölənlərin sayı 20-yə çatıb

Bakı. 11 yanvar. REPORT.AZ/ Meksikanın Verakrus ştatında baş verən ağır yol qəzası nəticəsində ölənlərin sayı 20-yə çatıb.

"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, içərisində həvəskar futbol komandasının üzvlərinin də olduğu avtobus körpüdən çaya düşüb. Sərnişinlərdən 25-i yaralanıb. Onlardan bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.

İlkin ehtimallara görə, qəzaya yüksək sürət və texniki nasazlıq səbəb olub. 

Son xəbərlər

Orphus sistemi