Bakı. 23 may. REPORT.AZ/ Ötən gün Meksikada quldurlarla federal polislər arasında baş verən döyüş zamanı 46 nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə yerli "Quadratin" agentliyi məlumat yayıb.
Qeyri-rəsmi mənbələrin məlumatına görə, öldürülənlər arasında 43 cani və 3 polis əməkdaşı var. Daha 5 nəfər birbaşa döyüş meydanında saxlanılıb, 3 nəfər yaralanıb.
Rəsmi hakimiyyət ölənlər haqqında yayılan məlumatı hələ ki, təsdiq etməyib, lakin hadisə yerinə ölkənin milli təhlükəsizlik kabineti üzvlərinin yollanması hadisənin ciddiliyindən xəbər verir.
Silahlı toqquşma Tanuato bələdiyyəsi ərazisində Miçoakan və Halisko ştatları arasında baş verib.