Meksikada 5,3 bal gücündə zəlzələ baş verib

Meksikada 5,3 bal gücündə zəlzələ baş verib Xəsarət alanlar və dağıntılar haqda məlumat verilməyib
Digər ölkələr
9 Yanvar , 2016 03:33
Meksikada 5,3 bal gücündə zəlzələ baş verib

Bakı. 9 yanvar. REPORT.AZ/ Bu gün Meksikanın Sakit Okean sahillərində 5,3 bal gücündə zəlzələ baş verib.

"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bu haqda ABŞ Geoloji Araşdırmalar Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Halisko ştatının Tomatlan şəhərindən 235 km uzaqlıqda yerləşib. Zəlzələnin ocağı 31 km dərinlikdə qeydə alınıb.

Xəsarət alanlar və dağıntılar haqda məlumat verilməyib.

Son xəbərlər

Orphus sistemi