​Meksikada 43 tələbənin qatillərinin başçısı tutulub

​Meksikada 43 tələbənin qatillərinin başçısı tutulub Hadisə ilə bağlı bələdiyyənin təhlükəsizlik üzrə keçmiş katibi Felipe Flores hələ də axtarışdadır
Digər ölkələr
17 Yanvar , 2015 14:28
​Meksikada 43 tələbənin qatillərinin başçısı tutulub

Bakı. 17 yanvar. REPORT.AZ/ Meksikada 43 tələbənin qatillərinin başçısı tutulub.

"Report" "İTAR TASS"a istinadən xəbər verir ki, bu barədə ölkə Baş Prokurorluğu məlumat yayıb.

O, cinayətkar aləmdə "Sepilo" ləqəbi ilə tanınan Felipe Rodrigesdir.

Prokurorluq bildirb ki, Rodrigers "Herreros unidos" cinayət qrupuna daxildir: "O, tələbələr qətlə yetirildikdən sonra onların cəsədlərinin və paltarlarının yandırılması əmrini şəxsən özü verib".

Rəsmi məlumata əsasən, 2014-cü il sentyabrın 26-da 43 tələbənin qətli ilə bağlı 97 nəfər, o cümlədən hadisə baş verən İqual bələdiyyəsi administrasiyasının üzvü və polis əməkdaşları istintaqa cəlb edilərək, saxlanılıblar. Hadisə ilə bağlı bələdiyyənin təhlükəsizlik məsələləri üzrə keçmiş katibi Felipe Flores hələ də axtarışdadır. 

Son xəbərlər

Orphus sistemi