Bakı. 31 iyul. REPORT.AZ/ Meksikada bir ailənin 7 üzvü qətlə yetirilib.
"Report"un məlumatına görə, hadisə ölkənin qərbindəki Herrero ştatının Tepekoakuilko-de-Truxano rayonunda baş verib.
Hakimiyyət orqanlarının verdiyi məlumata görə, cinayətkar odlu silahdan atəş açmaqla 4-ü uşaq olmaqla 7 nəfəri öldürüb.
Ailə üzvlərindən yalnız biri – 2 yaşlı uşaq qaçaraq canını qurtara bilib. Buna görə də qatil onu tapa bilməyib.
Hüquq-mühafizə orqanları hələlik hadisənin hansı zəmində baş verdiyini müəyyənləşdirə bilməyiblər.