​Meksikada "15 yaşın bayramı"nda 11 nəfər öldürülüb

​Meksikada "15 yaşın bayramı"nda 11 nəfər öldürülüb "15 yaşın bayramı" tədbiri Meksikada çox məşhur mərasimlərdən biri sayılır və bu bayram 15 yaşına çatan bütün qızlara aiddir
Digər ölkələr
1 Fevral , 2016 10:23
​Meksikada 15 yaşın bayramında 11 nəfər öldürülüb

Bakı. 1 fevral. REPORT.AZ/ Meksikanın Qerrero ştatının Koyuka rayonunda "15 yaşın bayramı"nda 11 nəfər qətlə yetirilib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu ştatın qubernatoru Ektor Astudilo Flores bildirib. 

Onun sözlərinə görə, qətl tədbirdə yaranan mübahisə nəticəsində baş verib. Ölənlər arasında polis əməkdaşlarının olub-olmaması ilə bağlı məlumat yayılmayıb.

Hadisə olan bölgə ölkənin kriminogen rayonlarından sayılır. 

Qeyd edək ki, "15 yaşın bayramı" tədbiri Meksikada çox məşhur mərasimlərdən biri sayılır. Bu bayram 15 yaşına çatan bütün qızlara aiddir. Adətən bu tədbirə yüzlərlər qonaq toplaşır. 

Son xəbərlər

Orphus sistemi