Məkkədə dünyanın ən böyük mehmanxanası tikiləcək

Məkkədə dünyanın ən böyük mehmanxanası tikiləcək 12 qüllədən ibarət oteldə 10 min otaq, 70 restoran, konfrans zalları və supermarketlər yerləşəcək
Digər ölkələr
18 May , 2015 20:11
Məkkədə dünyanın ən böyük mehmanxanası tikiləcək

Bakı. 18 may. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Məkkə şəhərində 2017-ci ilədək dünyanın ən böyük mehmanxanasının tikilməsi planlaşdırılır. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, 12 qüllədən ibarət oteldə 10 min otaq, 70 restoran, konfrans zalları və supermarketlər yerləşəcək. Otelin 10 qülləsində xidmət "dörd ulduz", geri qalan iki qüllədə isə "beş ulduz" səviyyəsində olacaq. Mehmanxananın damında helikopter meydançası da nəzərdə tutulub.  

Son xəbərlər

Orphus sistemi