​Məhkəmə Pakistanın keçmiş prezidentinə bəraət verib

​Məhkəmə Pakistanın keçmiş prezidentinə bəraət verib Pərviz Müşərrəfə qarşı irəli sürülən bütün ittihamlar ləğv olunub
Digər ölkələr
18 Yanvar , 2016 14:04
​Məhkəmə Pakistanın keçmiş prezidentinə bəraət verib

Bakı. 19 yanvar. REPORT.AZ/ Pakistan məhkəməsi ölkənin keçmiş prezidenti Pərviz Müşərrəfə bəraət verib.

"Report" "France Press"ə istinadən xəbər verir ki, bu haqda keçmiş prezidentin vəkili bildirib.

Məlumata görə, yanvarın 18-də məhkəmə Pərviz Müşərrəfə qarşı irəli sürülən bütün ittihamlara xətm verib. 

Qeyd edək ki, o, 2006-cı ildə ölkənin Bəlucistan əyalətinin yerli lideri Əkbər Buqtinin qətlində ittiham edilirdi. P.Müşərrəf 2001-2008-ci illərdə Pakistan prezidenti olub.  

Son xəbərlər

Orphus sistemi