Mursi barəsində ölüm hökmü çıxarılıb - YENİLƏNİB

Mursi barəsində ölüm hökmü çıxarılıb - YENİLƏNİB Məhkəmə yüzdən çox müttəhimin edam olunması haqda qərar qəbul edib
Digər ölkələr
16 İyun , 2015 16:28
Mursi barəsində ölüm hökmü çıxarılıb - YENİLƏNİB

Bakı. 16 iyun. REPORT.AZ/ Misir məhkəməsi bu il mayın 16-da keçmiş prezident Məhəmməd Mursi barəsində çıxardığı edam hökmünü qüvvədə saxlayıb.  "Report" xəbər verir ki, bu haqda "BBC" məlumat yayıb.
Xəbərə görə, Misirin devrilmiş prezidenti Məhəmməd Musri 2011-ci ildə həbsxanadan məhbusların kütləvi qaçışının təşkilində iştirakda günahkar bilinib.
Qeyd edək ki, məhkəmə keçmiş prezidentlə yanaşı "ərəb baharı" zamanı həbsxanadan kütləvi qaçışa görə yüzdən çox müttəhim barəsində ölüm hökmü çıxarıb.

*** 14:36

Bakı. 16 iyun. REPORT.AZ/ Misirin keçmiş prezidenti Məhəmməd Mursi barəsində çıxarılan edam hökmü ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənib.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" Agentliyi məlumat yayıb.

Qeyd edək ki, Qahirə məhkəməsi ötən ay devrilmiş prezidentin edam olunması barədə qərar çıxarmışdı.

Son xəbərlər

Orphus sistemi