Medvedyev: Terrorizmlə mübarizə səyləri beynəlxalq hüquqa söykənməlidir

Medvedyev: Terrorizmlə mübarizə səyləri beynəlxalq hüquqa söykənməlidir Rusiyanın baş naziri Dmitriy Medvedyev Misir mətbuatına açıqlamada verib
Digər ölkələr
6 Avqust , 2015 03:09
Medvedyev: Terrorizmlə mübarizə səyləri beynəlxalq hüquqa söykənməlidir

Bakı. 6 avqust. REPORT.AZ/ Radikal qruplaşmalardan istifadə edərək dövlətlərin daxil işlərinə qarışma cəhdləri ekstremizmin daha da artmasına səbəb olur. Beləliklə, yeni terror təşkilatları yaranır.

"Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın baş naziri Dmitriy Medvedyev Misir mətbuatına açıqlamasında deyib.

Onun sözlərinə görə, əcnəbi terorçularla mübarizə dövlətlər üçün prioritet təşkil etməlidir.

"Terrorizmlə mübarizə səyləri bütövlüklə beynəxalq hüquqa əsaslanmalıdır. Ikili standartlara yol verilməməlidir", - deyə Medvedyev vurğulayıb.

Rusiyanın hökümət başçısı, ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Suriya və İraqdaki hava zərbələrinə də diqqət çəkərək: "Bu zərbələrin legitimliyi sual altındadır. Çünkü BMT-nin bu istiqamətdə heç bir qərarı yoxdur", - deyə əlavə edib. 

Son xəbərlər

Orphus sistemi