​Mədinədə Peyğəmbər məscidi yaxınlığında partlayış nəticəsində 4 nəfər ölüb - YENİLƏNİB

​Mədinədə Peyğəmbər məscidi yaxınlığında partlayış nəticəsində 4 nəfər ölüb - YENİLƏNİB Bir neçə nəfər ciddi yaralanıb
Digər ölkələr
4 İyul , 2016 23:43
​Mədinədə Peyğəmbər məscidi yaxınlığında partlayış nəticəsində 4 nəfər ölüb - YENİLƏNİB

Bakı. 4 iyul. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Mədinə şəhərində yerləşən Peyğəmbər məscidi yaxınlığında baş verən partlayış nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Əl-Arabiyyə" telekanalı məlumat yayıb.

İlkin məlumatlara görə, partlayış nəticəsində kamikadze və dörd təhlükəsizlik qüvvələri əməkdaşı ölüb, daha 4 nəfər ağır vəziyyətdədir.

Telekanalın məlumatına görə, kamikadze axşam namazı zamanı məscid ərazisinə keçə bilməyib və partlayışı avtomobil dayanacağında törədib. Hadisə zamanı orada təhlükəsizlik qüvvələrinin əməkdaşları olub.

***22:20

Səudiyyə Ərəbistanının qərbində yerləşən Mədinə şəhərinin Peyğəmbər məscidi yaxınlığında xüsusi təyinatlı qüvvələrin əməkdaşları üçün nəzərdə tutulan avtomobil dayanacağında baş verən partlayış nəticəsində bir neçə nəfər ciddi xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə yerli peyk telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, hadisəni terrorçu kamikadze törədib.

Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi baş verən hadisənin təfərrüatları barədə hələ ki, məlumat verməyib.

Son xəbərlər

Orphus sistemi