MDB müşahidəçiləri Özbəkistandakı seçkilərin azad olduğunu qəbul ediblər

MDB müşahidəçiləri Özbəkistandakı seçkilərin azad olduğunu qəbul ediblər Respublikadakı parlament seçkilərində 40 dövlətdən təxminən 300 xarici müşahidəçi iştirak edib
Digər ölkələr
22 Dekabr , 2014 12:42
MDB müşahidəçiləri Özbəkistandakı seçkilərin azad olduğunu qəbul ediblər

Bakı. 22 dekabr. REPORT.AZ/ MDB müşahidəçilər missiyası dekabrın 21-də Özbəkistanda keçirilən Parlamentin qanunverici (aşağı) palatasına seçkilərin azad və sərbəst olduğunu qəbul ediblər. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir. 

"Missiya hesab edir ki, seçkilər Özbəkistan Konstitusiyası, respublikada qüvvədə olan qanunvericilik və demokratik seçkilərin keçirilməsinin ümumi qəbul edilmiş normaları ilə müvafiq keçirilib. Müşahidəçilər üçün bütün şərait yaradılıb, o cümlədən seçki dairələrinin rəhbərləri, seçkilərdə iştirak edən siyasi partiyaların nümayəndələri ilə görüşlər təşkil olunub", - missiyanın rəhbəri, MDB icraçı katibi, İcraiyyə Komitəsinin sədri Sergey Lebedev jurnalistlərə bildirib.

76 nəfərdən ibarət missiyanın tərkibini Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Rusiya, Tacikistan, Türkmənistan, eləcə də MDB İcraiyyə Komitəsinin nümayəndələri daxildir. 

Son xəbərlər

Orphus sistemi