Mavritaniyada həbsxanadan kütləvi qaçış baş verib

Mavritaniyada həbsxanadan kütləvi qaçış baş verib Bakı. 20 fevral. REPORT.AZ/ Afrika dövləti Mavritaniyanın paytaxtı Nuakşot ətrafında yerləşən Dar Naim şəhərinin həbsxanasından ən azı 40 məhbus qa...
Digər ölkələr
20 Fevral , 2016 19:24
Mavritaniyada həbsxanadan kütləvi qaçış baş verib

Bakı. 20 fevral. REPORT.AZ/ Afrika dövləti Mavritaniyanın paytaxtı Nuakşot ətrafında yerləşən Dar Naim şəhərinin həbsxanasından ən azı 40 məhbus qaçıb.

“Report” xəbər verir ki, yerli məmurların sözlərinə görə, onların hamısı paytaxtdan kənara çıxıb.
Dustaqlardan 7 nəfərini təcridxanaya geri qaytarmaq mümkün olub.

İlkin məlumatlara görə, qaçış fevralın 20-si səhər saatlarında, mühafizəçilər növbələrini dəyişən zaman baş verib.

Son xəbərlər

Orphus sistemi