​Mark Sukerberq müsəlmanların müdafiəsinə qalxıb

​Mark Sukerberq müsəlmanların müdafiəsinə qalxıb "Facebook" sosial şəbəkəsinin yaradıcısı deyib ki, nifrət ədəbsizliyə yol aça bilər
Digər ölkələr
10 Dekabr , 2015 05:10
​Mark Sukerberq müsəlmanların müdafiəsinə qalxıb

Bakı. 10 dekabr. REPORT.AZ/ "Facebook" sosial şəbəkəsinin təsisçisi Mark Sukerberq ABŞ prezidentliyinə namizəd olan milyarder Donald Trampın bəyanatı səbəbindən yaranan qalmaqal fonunda müsəlmanlara dəstəyini ifadə edib.

"Report" xəbər verir ki, bu barədə o, öz rəsmi "Facebook" səhifəsində yazıb.

"Valideynlərim bir yəhudi olaraq mənə öyrədiblər ki, biz istənilən birliyə qarşı hücumlara müqavimət göstərməliyik. Hətta bu gün hücum bizə qarşı yönəlməsə belə, zamanla azadlığa edilən hücum hamımıza ziyan vuracaq", - deyə o bildirib.

Sukerberqin sözlərinə görə, nifrət ədəbsizliyə yol aça bilər, lakin nə qədər ki, insanlar bir-birində yaxşı nüanslar görürlər, yaxşı dünya qurmaq üçün fürsət qalır.

Son xəbərlər

Orphus sistemi