Fransalı siyasətçi müsəlmanlarla bağlı fikrinə görə məhkəməyə çıxıb

Fransalı siyasətçi müsəlmanlarla bağlı fikrinə görə məhkəməyə çıxıb Le Pen bildirib ki, o heç bir cinayət işləməyib və məhkəmənin keçirilmə tarixini sorğulayıb.
Digər ölkələr
20 Oktyabr , 2015 22:16
Fransalı siyasətçi müsəlmanlarla bağlı fikrinə görə məhkəməyə çıxıb

Bakı. 20 oktyabr. REPORT.AZ/ Fransa Milli Cəbhəsinin lideri Marine Le Pen müsəlmanların küçədə ibadətini nasist işğalı ilə müqayisə etdiyi üçün məhkəmə qarşısına çıxıb. "Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, Le Pen, 2010-cu ildə partiya rəhbərliyi uğrunda mübarizə apardığı zaman Lyon şəhərində keçirilmiş yürüş zamanı bu cür çıxış edib.

Onun immiqrasiya və Avropa İttifaqı əleyhinə çıxışları Fransada böyük dəstək qazanmaqdadır.

Marine Le Pen rəhbərlik etdiyi partiya dekabr ayında keçiriləcək yerli seçkilərdə iki regionda qalib gələcəyinə ümid edir.

Le Pen çərşənbə axşamı keçirilən məhkəmənin önündə bildirib ki, o heç bir cinayət işləməyib və məhkəmənin keçirilmə tarixini tənqid edib. “Yerli seçkilərin keçirilməsinə bir ay qalıb və bu hadisə beş il bundan öncə baş verib,” o müxbirlərə bildirib.

Parisdə müsəlmanların küçədə ibadəti 2011-ci ildə qadağan edilib.

Le Pen ictimai çıxışlarına görə istintaqa cəlb edilib və 2013-cü ildə Avropa Məhkəməsi tərəfindən toxunulmazlıq hüququndan məhrum edilib.

Təqsirli bilinərsə, onu bir ilə qədər həbs və 45 min avro dəyərində cərimə gözləyir.

Fransa Müsəlmanları Şurası bildirib ki, onun çıxışı islamofobiya ab-havasını gücləndirib.

Son xəbərlər

Orphus sistemi