​Manüel Vals: "Paris hadisələri ilə Belçikadakı antiterror əməliyyatı arasında birbaşa əlaqə yoxdur"

​Manüel Vals: "Paris hadisələri ilə Belçikadakı antiterror əməliyyatı arasında birbaşa əlaqə yoxdur" Federal prokurorluq həmin şəxslərin "yaxın zamanda Belçikada irimiqyaslı terror aksiyası gerçəkləşdirməyi planlaşdırdığını" bildirib
Digər ölkələr
16 Yanvar , 2015 15:48
​Manüel Vals: Paris hadisələri ilə Belçikadakı antiterror əməliyyatı arasında birbaşa əlaqə yoxdur

Bakı. 16 yanvar. REPORT.AZ/ Belçikada keçirilən antiterror əməliyyatının ötən həftə Parisdə baş vermiş terror hadisələri ilə birbaşa əlaqəsi yoxdur.

"Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bunu Fransanın baş naziri Manüel Vals ölkənin qərbinə səfəri zamanı çıxışında deyib.

"Ehtimal edirik ki, bunlar arasında birbaşa əlaqə yoxdur. Bu hadisələr arasında yeganə əlaqə terrorçuların dəyərlərimizə və həmvətənlərimizə zərər vurmaq arzularıdır", - o vurğulayıb.

Xatırladaq ki, ötən gecə Belçikanın Vervye şəhərində antiterror əməliyyatı nəticəsində "islamçı" adı ilə iki nəfər öldürülüb, bir nəfər saxlanılıb. Federal prokurorluq bildirib ki, həmin şəxslər "yaxın zamanda Belçikada irimiqyaslı terror aksiyası gerçəkləşdirməyi planlaşdırırmış".

Son xəbərlər

Orphus sistemi