Manhettendə baş vermiş partlayışda xəsarət alanların sayı 31 nəfərə çatıb

Manhettendə baş vermiş partlayışda xəsarət alanların sayı 31 nəfərə çatıb Bu barədə "Reuters" prokurorluqdakı mənbəyə istinadən xəbər yayıb
Digər ölkələr
21 Sentyabr , 2016 03:56
Manhettendə baş vermiş partlayışda xəsarət alanların sayı 31 nəfərə çatıb

Bakı. 21 sentyabr. REPORT.AZ/ Nyu-Yorkda, Manhettəndə baş vermiş partlayışda xəsarət alanların sayı 31 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə "Reuters" prokurorluqdakı mənbəyə istinadən xəbər yayıb.

Qeyd edək ki, ötən həftənin şənbə günü, gecə Manhettenin qərb hissəsində partlayış baş verib. Nəticədə onlarla insan xəsarət alıb.

Bundan sonra isə Nyu-Cersi ştatının Sisayd-Park şəhərciyində əldəqayırma bomba partladılıb.  

Son xəbərlər

Orphus sistemi