​Malidə kütləvi toqquşmalar zamanı 14 nəfər ölüb, 42 nəfər yaralanıb

​Malidə kütləvi toqquşmalar zamanı 14 nəfər ölüb, 42 nəfər yaralanıb Qarşıdurma Kussuma və Muqna kəndlərinin sakinləri arasında baş verib
Digər ölkələr
26 İyun , 2016 14:57
​Malidə kütləvi toqquşmalar zamanı 14 nəfər ölüb, 42 nəfər yaralanıb

Bakı. 26 iyun. REPORT.AZ/ Malidə iki kəndin sakinləri arasında torpaq üstündə mübahisə zamanı baş vermiş kütləvi toqquşmalar zamanı ən azı 14 nəfər ölüb. "Report"un məlumatına görə, bu haqda AFP agentliyi məlumat yayıb.

Məlumata görə, ölkənin mərkəzi hissəsində yerləşən Mopt regionundakı iki kəndin sakinləri arasında torpaq üstündə yaranmış qarşıdurmalarda daha 42 nəfər xəsarət alıb.

Qarşıdurma Kussuma və Muqna kəndlərinin sakinləri arasında baş verib. 

Son xəbərlər

Orphus sistemi