Malidə hərbçilərin maşını minaya düşüb: 2 ölü, 2 yaralı

Malidə hərbçilərin maşını minaya düşüb: 2 ölü, 2 yaralı Partlayıcı qurğu məsafədən idarə olunub
Digər ölkələr
6 Oktyabr , 2016 02:56
Malidə hərbçilərin maşını minaya düşüb: 2 ölü, 2 yaralı

Bakı. 6 oktyabr. REPORT.AZ/ Çərşənbə günü Malinin şimal-qərbində yerləşən Timbuktu şəhərində ölkə silahlı qüvvələri avtomobilinin minaya düşməsi nəticəsində iki hərbçi ölüb, daha ikisi yaralanıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin güc strukturlarına istinadən "Franc-Press" məlumat yayıb.

İnsident Duentsa və Bambara-Maude yaşayış məntəqələri arasında, Timbuktunu cənub bölgələri ilə birləşdirən magistral yolda baş verib.

Güc strukturu nümayəndələrinin sözlərinə görə, partlayıcı qurğu məsafədən idarə olunub.

Son xəbərlər

Orphus sistemi