​Malidə BMT-nin iki sülhməramlısı öldürülüb

​Malidə BMT-nin iki sülhməramlısı öldürülüb Sülhməramlıların ölümü ilə nəticələnən hadisənin detalları açıqlanmır
Digər ölkələr
12 Fevral , 2016 14:40
​Malidə BMT-nin iki sülhməramlısı öldürülüb

Bakı. 12 fevral. REPORT.AZ/ BMT-nin Malidəki missiyasının iki sülhməramlısı silahlıların hücumu nəticəsində həlak olub. 

"Report" "France Press"ə istinadən xəbər verir ki, bunu sülhməramlı missiyanın rəsmi təmsilçisi bildirib.

Sülhməramlıların ölümü ilə nəticələnən hadisənin detalları açıqlanmır. Basqını hansı qruplaşma üzvlərinin törətdiyi və arxasında duranlar da məlum deyil.

Qeyd edək ki, hadisə Malinin şimalında Kidal şəhərində baş verib. BMT-nin sülhməramlı missiyası isə 2012-ci ildə baş verən hadisələrdən sonra sabitliyin qorunması məqsədi ilə ölkəyə göndərilib.

Son xəbərlər

Orphus sistemi