Mali hakimiyyəti terrorçunun cəsədini qəbul etməyib

Mali hakimiyyəti terrorçunun cəsədini qəbul etməyib Qohumları onu dəfn etmək üçün Bamakonun yerli hakimiyyətinə müraciət edə bilər
Digər ölkələr
22 Yanvar , 2015 10:05
Mali hakimiyyəti terrorçunun cəsədini qəbul etməyib

Bakı. 22 yanvar. REPORT.AZ/ Mali hakimiyyəti yanvarın 9-da Fransanın Monruj şəhərində polis əməkdaşını güllələyərək, öldürmüş terrorçu Amedi Kulibalinini meyitini qəbul etməkdən imtina edib.

"Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, terrorçunun cəsədini ölkənin Bamako şəhərinə təyyarə ilə çatdırmaq planlaşdırılıbmış. Lakin son anda Mali hakimiyyəti onu qəbuldan imtina etdiyini bildirib. Bundan sonra cəsəd Parisin Tibbi-Məhkəmə Ekspertiza İnstitutuna qaytarılıb.

Meyitin qəbul edilməməsinin səbəbi hələ ki, məlum deyil.

Bununla belə, terrorçunun qohumları onu dəfn etmək üçün Bamakonun yerli hakimiyyətinə müraciət edə bilər.

Xatırladaq ki, Amedi Kulibali yanvarın 9-da Monruj şəhərində polisi qətlə yetirib. Məlumata əsasən, o, Parisdə yəhudilərin halal ərzaq dükanında bir neçə nəfəri girov götürmüş, onların dördünü isə öldürmüşdü.

Son xəbərlər

Orphus sistemi