Malayziyada daşqınlar səbəbindən təxliyyə olunan insanların sayı 90 min nəfəri ötüb

Malayziyada daşqınlar səbəbindən təxliyyə olunan insanların sayı 90 min nəfəri ötüb Dörd nəfər təbii fəlakətin qurbanı olub
Digər ölkələr
25 Dekabr , 2014 12:12
Malayziyada daşqınlar səbəbindən təxliyyə olunan insanların sayı 90 min nəfəri ötüb

Bakı. 25 dekabr. REPORT.AZ/ Malayziyada son on ilin ən güclü daşqını nəticəsində təxliyyə olunan insanların sayı 90 min nəfəri ötüb. Bu barədə "Report" "BERNAMA" informasiya agentliyinə istinadən xəbər verir.

Ötən gecə öz evlərini ölkənin şimal və şərq ştatlarının 10 mindən artıq sakini tərk etməyə məcbur olub. Dörd nəfər, o cümlədən bir uşaq təbii fəlakətin qurbanı olub. 

Ölkənin bir sıra rayonlarında dəmir yolu nəqliyyatının hərəkəti dayandırılıb. Qatarların hərəkəti ən tez cümə günü bərpa olunacaq. 

Son xəbərlər

Orphus sistemi