​Malayziya Yəməndəki hərbi əməliyyatlarda iştirak edəcək

​Malayziya Yəməndəki hərbi əməliyyatlarda iştirak edəcək Malayziya Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın 12-ci üzvü oldu
Digər ölkələr
10 May , 2015 17:51
​Malayziya Yəməndəki hərbi əməliyyatlarda iştirak edəcək

Bakı. 10 may. REPORT.AZ/ Malayziya HHQ-nin hərbi təyyarələri bazar günü Yəməndəki husi üsyançılarına qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün Səudiyyə Ərəbistanının hərbi-hava qüvvələri bazasına gəlib. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Malayziya Səudiyyə Ərəbistanının başçılıq etdiyi və Yəməndəki husilərin mövqelərinə hava zərbələri endirən koalisiyada iştirak edən 12-ci ölkə oldu. Ötən həftə koalisiya qüvvələrinə dəstək olmaq üçün Seneqal hökuməti Səudiyyə Ərəbistanına iki mindən artıq hərbçi göndərəcəyi haqqında məlumat verib.

Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyinin məlumatında qeyd olunur ki, hazırda əməliyyata rəhbərlik edən mərkəz Malayziya və Seneqal hərbçilərinin əməliyyatlara qoşulma planını müzakirə edir və onların vəzifələrini müəyyənləşdirir. 

Son xəbərlər

Orphus sistemi