"Malaysia Airlines" "texniki iflas" olduğunu elan edib

"Malaysia Airlines" "texniki iflas" olduğunu elan edib Şirkətin 20 min əməkdaşı işdən azad olunub
Digər ölkələr
1 İyun , 2015 14:44
Malaysia Airlines texniki iflas olduğunu elan edib

Bakı. 1 iyun. REPORT.AZ/ Malayziyanın "Malaysia Airlines" Hava Yolları Şirkətinın rəhbərliyi "texniki iflas" olduğunu və yeni şirkət yaradıldığını elan edib.

"Report" xəbər verir ki, bu haqda "dw.de" saytı məlumat yayıb.

Şirkətin 20 min əməkdaşı işdən azad edilib, onların 14 mininə işləmək üçün yeni müqavilə təklif olunub.

Məlumatda bildirilib, müəssisənin bu addımı atmasına səbəb gəlirlərin azalması, nüfuzunun düşməsidir.

Qeyd edək ki, 2014-cü ildə "Malaysia Airlines"nin təyyarələri iki dəfə böyük qəzaya uğrayıb. Ötən il martın 8-də Kuala-Lumpur - Pekin reysi ilə uçan təyyarə "yoxa" çıxıb. Onun dənizə düşdüyü ehtimal edilir.

2014-cü ilin martında isə ölkə paytaxtından Hollandiyanın Amsterdam şəhərinə uçan təyyarə Ukraynanın şərqində vurulmuş, təyyarənin göyərtəsindəki 239 nəfər həlak olmuşdu. 

Son xəbərlər

Orphus sistemi