Makkeyn: Rusiyanın Türkiyənin hava hövzəsinə müdaxiləsi dərin narahatlıq doğurur

Makkeyn: Rusiyanın Türkiyənin hava hövzəsinə müdaxiləsi dərin narahatlıq doğurur "Onlar istədikləri bütün məqsədlərinə nail olurlar"
Digər ölkələr
7 Oktyabr , 2015 22:49
Makkeyn: Rusiyanın Türkiyənin hava hövzəsinə müdaxiləsi dərin narahatlıq doğurur

Bakı. 7 oktyabr. REPORT.AZ/ ABŞ senatoru Con Makkeyn Rusiyanın Türkiyənin hava hövzəsinə müdaxiləsinin dərin narahatlıq doğurduğunu bildirib.

“Report”un “Amerikanın səsinə” istinadən verdiyi xəbərə görə, Respublikaçı senator qeyd edib ki, Birləşmiş Ştatlar və Rusiya arasında koordinasiyaya dair danışıqlar sakitləşdirməyə bənzəyir.

İraq və Suriyada İslam Dövləti qrupunun döyüşçülərinə qarşı mübarizə aparmaq üçün Birləşmiş Ştatların quru qüvvələrinin yerləşdirilməsinin uzun zamandır tərəfdarı olan senator Makkeyn Müdafiə naziri Eşton Karter və prezident Obama administrasiyasının başqa nümayəndələrinin Rusiyanın Suriyada əməliyyatlarına göstərdiyi reaksiyanı tənqid edib. “Hamı bilir ki, Rusiya qələbə əldə edir”- deyə o bildirib.

Senator Makkeyn deyib: "Onlar istədikləri bütün məqsədlərinə nail olurlar, biz isə oturub bunu bataqlıq adlandırırıq, ya da müdafiə nazirinin sözlərilə, qeyri-professionallıq deyirik. Bu zarafat həddinə gəlib çatır”.

Son xəbərlər

Orphus sistemi