​Makedoniyada anti-terror əməliyyatı zamanı 5 polis ölüb, 30 nəfər yaralanıb

​Makedoniyada anti-terror əməliyyatı zamanı 5 polis ölüb, 30 nəfər yaralanıb Əməliyyat davam edir, vəziyyət gərgin olaraq qalır
Digər ölkələr
10 May , 2015 05:58
​Makedoniyada anti-terror əməliyyatı zamanı 5 polis ölüb, 30 nəfər yaralanıb

Bakı. 10 may. REPORT.AZ/ Makedoniyanın Kosovo ilə sərhəddə yerləşən Kumanovo şəhərində terrorçulara qarşı əməliyyat zamanı 5 polis əməkdaşı ölüb, 30 nəfər yaralanıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Qordana Yankulovska məlumat verib.

O, həmçinin qeyd edib ki, atışma zamanı bir neçə silahlı zərərsizləşdirilib. Polisin məlumatına görə, dinc əhali arasında itki yoxdur.

Daxili İşlər Nazirliyinin saytında yerləşdirilən məlumata görə, polis silahlı müqavimət göstərən qruplaşmanın 20 üzvünü təslim olmağa vadar edib.

Həmçinin bildirilir ki, silahlılar 16 saat ərzində hüquq-mühafizə orqanları əməkdaşlarını qumbaraatan, pülemyot və snayper tüfənglərindən, həmçinin əl qumbaralarından istifadə etməklə atəşə tutublar.

İlkin məlumata görə, silahlıların ümumi sayı 70 nəfərdir.

DİN-in məlumatında bildirilir ki, "söhbət ölkənin dövlət müəssisələrinə hücumlar təşkil etməli olan silahlı terror qruplaşmasından" gedir.

Hazırda əməliyyat davam edir, vəziyyət gərgin olaraq qalır.

Son xəbərlər

Orphus sistemi