Makedoniya öz sərhədlərini Əfqanıstan vətəndaşları üçün bağlayıb

Makedoniya öz sərhədlərini Əfqanıstan vətəndaşları üçün bağlayıb Yunanıstan-Makedoniya sərhədində 800-ə yaxın mühacirin qaldığı bildirilir
Digər ölkələr
21 Fevral , 2016 21:51
Makedoniya öz sərhədlərini Əfqanıstan vətəndaşları üçün bağlayıb

Bakı. 21 fevral. REPORT.AZ/ Bu gündən etibarən Yunanıstan-Makedoniya sərhədini ancaq Suriya və İraqdan olan mühacirlər keçə biləcək. Əfqanıstan sakinlərinə isə qadağa tətbiq olunacaq.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, Makedoniya rəsmiləri bildiriblər ki, bu addım məcburi xarakter daşıyır. Belə ki, Serbiya öz sərhədlərini Əfqanıstan vətəndaşları üçün bağlandığı üçün əfqan mühacirlər Makedoniya üzərindən Qərbi Avropaya tranzit imkanından məhrum olublar.

Bu səbəbdən, artıq Yunanıstan-Makedoniya sərhədində 800-ə yaxın mühacirin qaldığı bildirilir.

Son xəbərlər

Orphus sistemi