​Makedoniyada 15 nəfər selin qurbanı olub

​Makedoniyada 15 nəfər selin qurbanı olub Paytaxta bir neçə saat ərzində aylıq miqdardan çox yağıntı düşüb
Digər ölkələr
7 Avqust , 2016 16:34
​Makedoniyada 15 nəfər selin qurbanı olub

Bakı. 7 avqust. REPORT.AZ/ Makedoniyanın paytaxtı Skopyedə ötən gecə saatlarında yağmış güclü leysan nəticəsində 15 nəfər həlak olub.

"Report"un məlumatına görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Dünən əlverişsiz hava şəraiti nəticəsində 15 nəfər həlak olub" – deyə yerli "Nova TV" portalı nazirliyinin məlumatını yayıb. 

Ölənlər əsasən Araçinova, Sinqeliç, Staykovç yaşayış məntəqələrinin sakinləridir.

Paytaxta bir neçə saat ərzində aylıq miqdardan çox yağıntı düşüb. Leysan güclü küləklə müşayiət olunub.

Son xəbərlər

Orphus sistemi