Bakı. 5 oktyabr. REPORT.AZ/ Venesuelanın prezidenti Nikolas Maduro bəyan edib ki, rəsmi Vaşinqton onun ölkəsi ilə əlaqələri qəsdən normallaşdırmaq istəmir.
“ABŞ prezidenti Barak Obama prosesi uzadır. Münasibətləri diplomatik müstəvidə normallaşdırmaq istədim. Lakin ABŞ-a yolladığım səfirin namizədliyi il yarımdır ki təsdiq edilmir” - deyə Maduro bildirib.
Onun sözlərinə görə, bir sıra dövlətlə diplomatik əlaqələri inkişaf etmirməkdən boyun qaçıran Vaşinqton adekvat cavabla qarşılaşanda nədənsə çox təəccüblənir.