​Madaqaskarda 47 nəfər taun xəstəliyindən dünyasını dəyişib

​Madaqaskarda 47 nəfər taun xəstəliyindən dünyasını dəyişib Xəstəlik artıq ölkənin paytaxtına çatıb
Digər ölkələr
25 Noyabr , 2014 05:51
​Madaqaskarda 47 nəfər taun xəstəliyindən dünyasını dəyişib

Bakı. 25 noyabr. REPORT.AZ/ Madaqaskarda taun xəstəliyindən ölənlərin sayı 47 nəfərə çatıb.

"Report" xəbər verir ki, avqustun sonlarından Madaqaskarda təhlükəli xəstəliyə 119 yoluxma halı qeydə alınıb.

Bundan əvvəl, epidemiyadan 40 nəfərin öldüyü bildirilmişdi. Xəstəlik artıq ölkənin paytaxtı Antananarivuya da çatıb. Burada iki yoluxma faktı qeydə alınıb. Virus yayılmaqda davam edir.

Son xəbərlər

Orphus sistemi