​Macarıstan Xorvatiya ilə sərhədini bağlayıb

​Macarıstan Xorvatiya ilə sərhədini bağlayıb Xorvatiya belə olan halda qaçqınları Sloveniyaya yönləndirəcək
Digər ölkələr
17 Oktyabr , 2015 05:44
​Macarıstan Xorvatiya ilə sərhədini bağlayıb

Bakı. 17 oktyabr. REPORT.AZ/ Macarıstan ölkədən keçməklə Qərbi Avropaya gedən qaçqın axınının qarşısını almaq üçün Xorvatiya ilə sərhədini bağlayıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, Xorvatiya belə olan təqdirdə miqrantları macar tərəfi əvəzinə Sloveniyaya yönləndiriləcəyini bəyan edib.

Macarıstan qaçqınların keçdiyi, daha sonra isə Avstriya və ya Almaniya istiqamətində hərəkət etdiyi əsas ölkələrdən biridir.

Sərhədin bağlanmasına bir neçə saniyə qalmış gələn bir neçə yüz miqrant qrupu ölkəyə buraxılan sonuncu mühacirlər olublar. Bunadək Macarıstan Serbiya ilə sərhədini bağlayıb.

Son xəbərlər

Orphus sistemi