Macarıstan polisi miqrantlara qarşı gözyaşardıcı qazdan istifadə edir

Macarıstan polisi miqrantlara qarşı gözyaşardıcı qazdan istifadə edir Bundan əvvəl Macarıstan bildirib ki, sərhəd bölgəsində ordunun istifadəsini nəzərdən keçirir
Digər ölkələr
26 Avqust , 2015 21:41
Macarıstan polisi miqrantlara qarşı gözyaşardıcı qazdan istifadə edir

Bakı. 26 avqust. REPORT.AZ/ Macarıstan polisi Serbiya ilə sərhəd bölgəsində yerləşən düşərgədə miqrantların etiraz nümayişini dağıdarkən gözyaşardıcı qazdan istifadə edib. "Report" BBC-yə istinadən xəbər verir ki, hadisə miqrantların qəbulu üzrə Roszke qəsəbəsində baş tutub.

Bundan əvvəl Macarıstan bildirib ki, sərhəd bölgəsində ordunun istifadəsini nəzərdən keçirir.

Miqrantların əksəriyyəti Qərbi Avropaya və xüsusilə Almaniyaya üz tutur. Bu ölkədə miqrantlar əleyhinə zorakılıqla müşayiət olunan çıxışlardan sonra Almaniya kansleri qaçqın düşərgələrindən birinə baş çəkməlidir.

Miqrantlara qarşı nümayişi “iyrənc” adlandıran Angela Merkel Heidenau miqrant mərkəzinin sakinlərilə görüşməlidir.

Rəsmilərə əsasən, çərşənbə axşamı Macarıstana daxil olan miqrantların sayı rekord təşkil edən 2,500 nəfərdən artıq olub.

İnsan axının qarşısını almaq üçün Serbiya ilə Macarıstan arasında 175 km uzunluğunda hasar çəkilməkdədir.

Son xəbərlər

Orphus sistemi